Qərb bölgəsində elektrik enerjisinin verilişində yaranan fasilələr aradan qaldırılır
    • 9-10-2023, 23:29
    • 205

Qərb bölgəsində elektrik enerjisinin verilişində yaranan fasilələr aradan qaldırılır

Gəncə şəhəri, Şəmkir və Goranboy rayonlarının bəzi yerlərində güclü külək səbəbindən elektrik enerjisinin verilişində yaranan fasilələr aradan qaldırılır.

“Azərişıq” ASC-nin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, hazırda Gəncə şəhərinin bir küçəsində, Goranboy rayonunun isə iki kəndində ağac aşması nəticəsində elektrik enerjisinin verilişində yaranan fasilələr yaxın saatlarda aradan qaldırılacaq.