Gəncədə elektrik enerjisinin verilişində fasilə yaranıb
    • 12-06-2023, 22:59
    • 310

Gəncədə elektrik enerjisinin verilişində fasilə yaranıb

Gəncə şəhərinin 3-cü mikrorayonu və bəzi ərazilərində elektrik enerjisinin verilməsində fasilə yaranıb.

News24.az-ın məlumatına görə, artıq 1 saata yaxındır ki, Gəncə şəhərinin 3-cü mikrorayonu və oranı elektrik enerjisi ilə təmin edən xətt üzərində olan digər ərazilərində elektrik enerjisinin verilməsi dayandırılıb.

Sakinlərin bildirdiyinə görə, elektrik enerjisinin verilməsində fasilələr tez-tez baş verir.

Qeyd edək ki, hazırda enerjinin verilişində fasilənin yaranmasına texniki problemin səbəb olduğu və həmin problemin aradan qaldırılması istiqamətində işlər aparıldığı bildirilir.