-
- 10-10-2023, 09:36
- 232
"İçərişəhər"in gələcək nəsillərə ötürülməsi Heydər Əliyevin adı ilə bağlıdır
"İçərişəhər"in qorunması və tarixi irs kimi gələcək nəsillərə ötürülməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.
News24.az-ın məlumatına görə, bunu İçərişəhər Dövlət Tarixi Memarlıq Qoruğu İdarəsinin idarə heyətinin sədri Şahin Seyidzadə "Yaşanılabilən və Dayanıqlı İrs Şəhərləri Beynəlxalq Konfransında bildirib:
O həmçinin rəhbərlik etdiyi qoruğun mühafizəsi sayəsində görülən işlərdən danışıb:
"Konservasiya və inkişaf məqsədlərinə nail olmaq məqsədilə 2007-ci ilə İçərişəhərin baş planı qəbul edilib. Əsas məqsədimiz həm İçərişəhərin, eləcə də qeyri-maddi, mədəni irsin qorunmasıdır. Qarşımızda qurumun əsas prioriteti kimi həm də burada yaşayan sakinlərin layiqli həyat səviyyəsinin təmin edilməsi də dayanır".
Fərid Azəri