-
- 10-10-2023, 10:19
- 701
İçərişəhərdə nə qədər ailə yaşayır? - RƏSMİ
"İçərişəhərdə 1300-dən çox ailə yaşayır. Bu özü elə o tarixin qorunması deməkdir".
News24.az-ın məlumatına görə, bunu “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Türk Dövlətləri Təşkilatı ilə birlikdə təşkil edəcəyi “Yaşanılabilən və Dayanıqlı İrs Şəhərləri” beynəlxalq konfransında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə deyib.
O vurğulayıb ki, İçərişəhərdə vaxtaşırı silsilə mədəniyyət tədbirləri təşkil olunur:
"Bu, mədəni irsin daha çox insana çatdırılmasına kömək edir. Həyata keçirilən bütün mədəni-kütləvi layihələr çərçivəsində eyni zamanda da tarixi abidələrin qorunma metodikası digər qurumlarla müzakirə edilərək, onların daha da təkmilləşməsi həyata keçirilir".
Fərid Azəri