İçərişəhərdə Vətən müharibəsi şəhidinin xatirə lövhəsi quraşdırıldı
    • 15-08-2021, 09:54
    • 787

İçərişəhərdə Vətən müharibəsi şəhidinin xatirə lövhəsi quraşdırıldı

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşəbbüsü ilə Vətən müharibəsi şəhidi Fərid Əliyevin doğulduğu İçərişəhərdə qəhrəmanımızın xatirə lövhəsi quraşdırılıb.

Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən News24.az-a verilən məlumata görə, bununla bağlı keçirilən mərasimdə şəhidin yaxınları ilə yanaşı, qurumun İdarə Heyətinin sədri Ə.Ələkbərov, Səbayıl rayon icra hakimiyyətinin başçısı Vuqar Zeynalov iştirak ediblər. Daha sonra İdarə rəhbərliyi və icra başçısı şəhidin məzarını ziyarət edərək, xatirəsini yad ediblər.

Qeyd edək ki, avqustun 14-ü F.Əliyevin doğum günü idi. O, 2020-ci il noyabrın 5-də Şuşa şəhəri uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Allah rəhmət eləsin!