Yevlaxda qətl törədən ata-oğula 36, 6 İL CƏZA VERİLDİ
    • 10-10-2023, 10:54
    • 323

Yevlaxda qətl törədən ata-oğula 36, 6 İL CƏZA VERİLDİ

Şəki Ağır Cinayətlər Məhkəməsində Yevlax rayonunda kütləvi davada qətl törətməkdə ittiham olunan Afət Abdullayev və onun oğlu Təbriz Abdullayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. 

News24.az-ın nməlumatına görə, hakim Nahid Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxşlərə hökm oxunub. 

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs Təbriz Abdullayev 18 il 6 ay, atası Afət Abdullayev isə 18 il müddətinə azadlıqdan məhrum edilib. 

Qərara əsasən hər iki şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəklər. 

Qeyd edək ki, bu ilin fevralın 13-də Yevlax rayon sakinləri Ramil Əsədov xəsarət alması və oğlu Amin Əsədovun  ölməsi faktı ilə bağlı Yevlax rayon prokurorluğunda araşdırma aaprılıb. 

Araşdırmalar zamanı hadisəni törədənlərin 1985-ci il təvəllüdlü Afət Abdullayev və oğlu 2004-cü il təvəllüdlü Təbriz Abdullayevin olması məlum olub.  

Hər iki şəxsin barəsində Cinayət Məcəlləsinin 120.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla vəya təhlükəli üsulla adam öldürmə) 29, 120.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürməyə cəhd) və 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd etmə) maddələri ilə ittiham elan edilib. 


Samir Əli