-
- 9-10-2023, 13:32
- 282
Bakıda quldur dəstəyə hökm oxundu
Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən mütəşəkkil dəstənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
News24.az-ın məlumatına görə, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə prokuror təqsirləndirilən şəxslərə cəza istəyib.
Dövlət ittihamçısı Rad Allahverdiyevin 9 il, Feyruz Niftəliyüvin isə 5 il azadlıqdan məhrum edilməsini istəyib.
Daha sonra prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə R. Allahverdiyev 8 il 6 ay, F. Niftəliyev isə 3 il 6 ay azadlıqdan məhrum edilib.
Xatırladaq ki, Allahverdiyev Rəşad Asif oğlu Cinayət Məcəlləsinin 180.1 və
180.2.1- maddələri, Niftilayev Feyruz Fərhad oglua isə Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə təqsirləndirilərək məsuliyyətə cəlb edilib.
Samir Əli