Dayənin ucbatından 2 yaşlı uşaq öldü
    • 22-03-2019, 12:40
    • 1 237

Dayənin ucbatından 2 yaşlı uşaq öldü

Moskvada 2 yaşlı uşağın ölümü ilə nəticələnən faciəvi olay baş verib.

News24.az
Rusiya mətbuatına istinadən bildirir ki, hadisə günorta çağı baş verib.

Dayə adəti üzrə 2 yaşlı körpəni uşaq arabasına qoyaraq evin eyvanına çıxarıb. Özü isə evə dönüb və ev işləri ilə məşğul olamağa başlayıb. Bir az keçmiş körpə dartınaraq kəməri açıb. Nəticədə o, eyvandan düşərək, ölüb.