ŞOK: Evli kişilərlə görüşən məşhurlar - SİYAHI
    • 22-03-2019, 13:09
    • 2 768

ŞOK: Evli kişilərlə görüşən məşhurlar - SİYAHI

Son zamanların ən aktual mövzularından biri də məşhur xanımların ailə dağıtmasıdır.

News24.az bu dəfə dünyaca məşhur ulduzların dəfələrlə ailə dağıtması barədə siyahı hazırlayıb.

Siyahıda adı çəkilən aktrisalar Hollivud kino tarixinin ən parlaq simaları, müğənnilər isə dünya pleylistlərində 1-ciliyi əldən verməyən ulduzlardır.

Ember Hörd

Conni Depplə sevgili olduğu zaman aktyor Vanessa Paradi ilə vətəndaş nikahında idi.

Cütlük bu barədə şərh verməkdən imtina etsə də onların arasında sevgi münasibətinin “Roma gündəliyi” filminin çəkilişləri zamanı başladığı deyilir. Bu münasibət C.Depp və V.Paradinin 14 illik münasibətinə son qoyulması ilə nəticələnib.

Madonna

Onun həyatında olan sevgililərinin bir çoxu evli olub. Pop divanın 2008-ci ildə hazırda Cennifer Lopezin nişanlısı olan Aleks Rodrigeslə münasibəti olub. İfaçının təmsilçiləri bu xəbəri təqdiq etməsə də həmin ərəfədə A.Rodrigesin həyat yoldaşı evi tərk eddib.

Cennifer Lopez

Cennifer Lopezin də evli kişilərlə sevgi münasibəti olub. Bu siyahıya keçmiş həyat yoldaşı Mark Entoni də daxildir. Deyilənlərə görə, C.Lopez Mark Entoni ilə görüşməyə başladığı zaman o hələ evli olub və 2 oğlu var idi.

Ancelina Coli

Anceli Coli ən azı 2 ailənin dağılmasına səbəb olub. O, aktyor Billi Bob Torntonu nişanlası ilə ayırıb özü ailə həyatı qurub. İki ildən sonra isə boşanıb. A.Coliyə görə baş tutan ikinci səs-küylü boşanma Bred Pitt və Cennifer Eniston arasında olub. Bu dəfə də aktrisa dağıtdığı ailə üzərində xoşbəxtlik qurmaq istəyib.

Britni Spirs

Britni Spirs rəqqas Kevin Federlaynla görüşməyə başlayan zaman evli olub. Müğənni Şar Ceksonla ailəli olan rəqqasın qız övladı da var idi. K. Federlaynın həyat yoldaşı rəsmi açıqlama edərək, ailəsinin B. Spirsə görə dağıldığını bildirmişdi.

Alişa Kiz

Alişa Kiz 9 ildir ki, reper Swizz Beatzla ailəlidir. Onlar sevgili olaraq 2 il görüşüblər. Reperin həyat yoldaşı cütlüyün sevgi münasibətindən A.Kiz ana olduqdan sonra xəbərdar olub.

Melani Qriffit

Melani Qriffit və Antonio Banderas sevgili olmamışdan öncə hərəsinin öz ailəsi olub. Onlar “İki nəfər- həddindən çoxdur” filminin çəkilişləri zamanı tanış olub.

M.Qriffit 14 yaşından bəri görüşdüyü ərindən, A.Banderos isə həyat yoldaşından ayrılıb. Cütlüyün 2015-ci ildə boşanmasına baxmayaraq, dostluq münasibətləri davam etməkdədir.

Culiya Roberts

Culiya Roberts və həyat yoldaşı Denni Moder film çəkilində tanış olan zaman hər ikisinin də ayrı şəxslərlə sevgi münasibəti olub. C.Robertslə tanış olduqdan 6 ay sonra Moder həyat yoldaşına boşanmağı təklif edib.

Merilin Monro

Hollivudun əfsanəvi sarışını Amerika prezidentinin məşuqəsi statusunu alıb. Sirr deyil ki, Con Kennedinin həyat yoldaşı Cekkii Kennedidən gizli olaraq görüşdüyü qadınlar olub. Lakin onlardan ən məşhuru məhs Merilin Monro olub.

Elizabet Teylor

Elizabet Teylor 7 dəfə ərdə olub. Aktrisanın 3-cü həyat yoldaşı vəfat etdikdən qısa müddət sonra o müğənni Eddi Fişerlə görüşməyə başlayıb. Həmin ərəfədə E. Fişerin ailəli olması aktrisa üçün o qədər də əhəmiyyət kəsb etməyib. Lakin cütlüyün sevgi münasibəti qalmaqala səbəb olub. Çünki Eddi Fişerin həyat yoldaşı Debbi Reynolds E. Teylorun həm uşaqlıq rəfiqəsi həm də həmkarı idi. Hətta Debbi və Eddi Elizabet Teylorun toyunda şahid kimi də iştirak ediblər.