-
- 3-01-2019, 15:30
- 1 662
"Evyıxan" dünyaca və yerli məşhurlar - FOTO
Bir deyimə görə başqasının bədvəxtliyi üzərində xoşbəxtlik qurmaq olmur.
Əslində, burda qismən həqiqət var. Çox hallarda evli insana aşiq olunur, hətta qarşılıq görərək, yeni izdivac yaranır. Çox nadir hallarda belə evlilik uzunmüddətli ola bilir. Daha çox isə belə evliliklər erkən bitir - yuxarıdakı deyimdə deyildiyi kimi... Amma qınanılası da deyil. Çünki ürək aşiq olarkən qarşındakının evli, ya da subay olmasına baxmır - sevir, vəssalam!
Bu yazıda "evyıxan" dünya və yerli ulduzlardan bəhs edilir...
1. Ancelina Coli - Bu evyıxan ulduz haqda zamanında bütün dünya danışdı, hətta qınayanlar da tapıldı. Çünki o, aktrisa həmkarı Cenifer Enistonun xoşbəxt ailəsini dağıdaraq, Bred Piti sahiblənmişdi. Onların ilk dəfə üz-üzə gəlməsi "Mister və Missis Smit" filminin çəkiliş meydançasında baş tutmuşdu. Ondan sonra ikili 12 il bir yerdə olaraq, fanatlarının gözlərini oxşamışdılar. Amma təəssüf ki, 2016-cı ildə Hollivudun ən parlaq cütlüyü uşaq tərbiyəsinə fərqli aspektlərdən baxdıqları üçün ayrıldılar.
2. Bleyk Layvli də evyıxan statusu daşıyır. Gözəlçənin Rayan Reynoldsu Skarlet Yoxansonun əlindən aldığını çoxu bilmir. İkilinin ilk görüşü "Yaşıl fənər" filminin çəkilişi zamanı baş tutub. Bundan sonra Rayanla Skarletin nigahı parçalanır. Yoxansona yaxın mənbələr bildirirlər ki, aktrisa ailəsinin dağılmasında hələ də Bleyki günahlandırır. Ancaq qərb mətbuatı bildirib ki, eks ikilinin nigahı Layvliyə qədər onsuz da qaydasında getmirdi. Rayan və Bleyk cütlüyü isə hazırda 2 qız övladını tərbiyə edən ən nümunəvi həyat yoldaşı sayılırlar.
3. Vera Brejnyeva - Rusiyanın bu populyar müğənnisi uzun müddət prodüsser və musiqiçi Konstantin Meladze ilə eşq yaşayıb. Hardasa 10 il öz arvadını Vera ilə aldadan böyük qardaş Meladzenin sirri bir gün ortaya çıxır. Buna görə də arvadından boşanır. Bundan yararlanan aşiq Vera Konstantinlə ailə qurur. Onların ailə izdivacı hazırda davam edir. Bəzi mənbələr tez-tez onların yenidən valideyn olmağa hazırlaşdıqlarını bildirir.
4. Ember Herd - bu gənc aktrisanın aktyor Conni Deppin Vanessa Paradi ilə möhkəm nigahlarını darmadağın etməsi barədə uzun müddət hər kəs danışıb, yazmışdı. "Rom gündəliyi" filmində başlanan tanışlıqda Ember Conninin qəlbini fəth etməyi bacarır. Nəticədə Conni 14 il nigahda olan 2 uşağının anası Vanessanı ataraq, Emberlə evlənir. Ötən ilin yayında Herd ailəsini dağıtdığı Deppdən boşanmaq üçün məhkəməyə ərizə verir. Üstəlik, məhkəməyə Conni tərəfindən döyülmə faktını sübut edən fotolar da təqdim edir. Hazırda cütlük boşanıb. Vanessa isə şiddətdə ittiham olunan eks ərinin müdafiəsinə qalxıb.
5. Tünzalə Ağayeva - hələ populyar olmazdan qabaq Tovuzda musiqi müəllimi işləyən Tünzalə Ağayeva iş yerində o vaxt iş adamı olan Rəhman Əliyevlə tanış olur. Rəhman evli olmasına baxmayaraq, Tünzaləyə aşiq olur. Tünzalə də onun hisslərinə biganə qalmayaraq, qarşılıq verir. Müəyyən müddət gizli görüşən cütlüyün sirri üzə çıxdıqdan sonra Rəhmanın həyat yoldaşı ondan ayrılır və qızını götürüb, gedir. Bundan sonra Rəhmanla Tünzalə evlənirlər və qız övladları dünyaya gəlir. Tünzalə və Rəhman Bakıya köçdükdən sonra birinci müğənnilik karyeasına başlayır və gözlənilməyən şöhrət əldə edir. Rəhman isə prodüser kimi fəaliyyət göstərməyə başlayır. Artıq populyar olan Tünzalə həyat seçimində yanıldığını qərarlaşdıraraq, Rəhmanı tərk edir. Bu ayrılıq və boşanma Azərbaycanda uzun müddət böyük səs-küyə səbəb olmuşdu. Rəhman öz növbəsində Tünzaləni xəyanətdə ittiham edirdi. Tünzalə Ağayeva Rəhmandan boşansa da bir daha ailə qurmayıb.
6. Cenifer Lopes - Əksəriyyəti bilmir ki, Cenifer Lopes də boşanma səbəbkarıdır. Söhbət müğənni Mark Entonidən gedir. Gələcəyin dünya şöhrətli ulduzu ilk vaxtlar Markın bekvokallarından olub. Bir ildən sonra isə onun həyat yoldaşı olur. Lopesə görə Entoni həyat yoldaşını tərk edərək, boşanır. Ancaq müəyyən müddət sonra Mark Ceniferə də xəyanət edir. Bunu bildikdən sonra CeyLo ondan boşanmaq qərarına gəlir. Beləcə, cütlük rəsmi şəkildə boşanır.
7. Röya Ayxan - Azərbaycan səhnəsinin ən çox sevilən ulduzlarından olan Röya ailə qurarkən artıq aşırı populyar idi. Onun sevgisinə yenilərək, iş adamı Anar Cəlilovun ailəsini dağıtması çoxu tərəfindən heç də xoş qarşılanmırdı. Lakin burada qəbahət həm də qarşı tərəfdə idi. Anar ailəli olmasına baxmayaraq, o, ulduz sənətçinin qəlbini fəth edərək, onunla evlənmək üçün ailəsindən keçməyi gözə almışdı. Bekar olan Röya isə əvəzində Anara qarşılıq verərək, çox sevdiyindən boşandığı təqdirdə ona ərə gəlməyə razı olur. Bu münvalla, Röya Anarın xalası qızı olan ilk həyat yoldaşından boşanmasına səbəb olur. Başlarda xoşbəxt görünən cütlüyün münasibəti getdikcə uçuruma yuvarlanır. Bu izdivacın əvvəldə onsuz da çoxu tərəfindən uzun sürməyəcəyi deyilirdi və elə də oldu. Cütlük nəhayət ortaq qərara gəlib, rəsmən boşanır. Hazırda Röya eks nigahdan olan Hüseyn adlı övladını nümunəvi ana olaraq, tək böyüdür.
News24.Az