Qarabağdakı sülhməramlılarla bağlı MÜHÜM AÇIQLAMA - RƏSMİ
    • 10-10-2023, 17:45
    • 553

Qarabağdakı sülhməramlılarla bağlı MÜHÜM AÇIQLAMA - RƏSMİ

Rusiya sülhməramlılarının Dağlıq Qarabağdakı fəaliyyəti yeni şəraitə uyğunlaşdırılır. Moskva onların yerləşdirilməsi məsələlərini Bakı ilə müzakirə edəcək. 

News24.az "TASS"-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Onun sözlərinə görə, son vaxtlar Dağlıq Qarabağda vəziyyət kəskin şəkildə dəyişib. 

“Bu il sentyabrın 19-20-də baş vermiş toqquşmadan sonra əhalinin kütləvi köçü fonunda sülhməramlılarımızın fəaliyyəti uyğunlaşdırılacaq”, - deyə Zaxarova qeyd edib.

Xatırladaq ki, daha əvvəl Rusiya Müdafiə Nazirliyi bildirmişdi ki, sülhməramlı kontingentin əsas vəzifəsi anbarları avadanlıq və sursatla qorumaqdır. Rusiya sülhməramlıları azərbaycanlı tapşırıqları yerinə yetirəcəklər.

Qumral