-
- 11-10-2023, 14:01
- 225
Hepatit C-nin müalicəsində misli görünməmiş UĞUR - AÇIQLAMA
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada 58 milyon insan xroniki hepatit C infeksiyası ilə yaşayır.
News24.az xəbər verir ki, bu barədə ÜST-nin baş direktoru D. Tedros Adhanom Qebreyesus açıqlama verib.
“Heç bir peyvənd olmasa da, 8-12 həftə davam edən yüksək effektli qısamüddətli müalicə ilə xəstəlik sağalır. Bununla belə, dünyada hepatit C ilə yaşayan hər beş nəfərdən dördü bu xəstəliyə yoluxduğunu bilmir. Hepatit C müalicə edilmədikdə, qaraciyər xəstəliyinə və xərçəngə səbəb ola bilər.
Misirdə hepatit C-yə yoluxanların 87 faizinə serroz diaqnoz qoyulub.
Misir hepatit C-nin dünyada ən yüksək göstəricilərindən birinə malik olan ölkələrdən biridir. Bu ölkənin 10 ildən az bir müddət ərzində bu xəstəliyi tamamilə aradan qaldırması heyrətamizdir. Misir müasir vasitələrlə və ən böyük siyasi imkanlarla nəyə nail oluna biləcəyinə dair dünyaya bir nümunədir. "Misirin uğuru bizə hər yerdə hepatit C-ni aradan qaldırmaq üçün ümid və motivasiya verməlidir."
Misir 2000-ci illərin əvvəlindən milli profilaktika və müalicə proqramlarını gücləndirərək 2006-cı ildə Milli Viral Hepatitə Nəzarət Komitəsini yaradıb.
Misir hökuməti 2014-cü ildə başlayan və 2018-ci ildə intensivləşən hepatit C-nin aradan qaldırılması üçün ümummilli kampaniya başladıb və müalicə olunan insanlar arasında Hepatit C-nin sağalma nisbəti 99 faizə qədər artıb”
Ülkər ABDURAHMANLI