-
- 11-10-2023, 17:20
- 402
Boşanma onlara çox ziyan vurur - SENSASİON AÇIQLAMA
Dövlət Statistika Komitəsinin bugün paylaşdığı statistikaya əsasən 33836 nikah və 14544 boşanma halları qeydə alınıb. Bu göstərici boşanma hallarının günü-gündən artdığının sübutudur.
Boşanmadan hər iki tərəf maddi və mənəvi zərər çəksə də, bu prosesdən ən çox uşaqlar ziyan görür. Tərəflər arasında anlaşılmazlıq pik həddə çatıbsa, boşanma qaçılmazdır. Ancaq uşaq varsa, bu halda valideynlər çox diqqətli olmalıdırlar.
Ümumiyyətlə, valideynlər boşanmanı uşaqlara necə açıqlamalıdır? Bu durumda uşaqları yaşadıqları psixoloji sarsıntıdan necə çıxarmaq olar?
Bütün bunların cavabını psixoloq Gülər Məmmədova News24.az saytı ilə bölüşdü:
Ailə hər bir uşağın həyatında mühüm yer tutduğunu qeyd edən müsahibimiz bildiridi ki, bu baxımdan valideynlərin ayrılması uşağın həm indi, həm də gələcəkdə psixoloji vəziyyətinə əhəmiyyətli formada təsir göstərir:
"Ailənin dağılmasından təkcə cütlüklər deyil, həm də uşaqlar əziyyət çəkir. Ailədə boşanmaların baş verməsi uşaqlarda bir sıra psixoloji problemlərin yaranmasına gətirib çıxardır. Bunlara misal olaraq qorxu, aqressivlik, günahkarlıq hissi, qəzəb və s. kimi destruktiv emosiya və hissləri misal göstərmək olar".
"Bu cür destruktiv və dağıdıcı emosiyalar nəticəsində uşaqlarda gücsüzlük yaranır, özünə inam hissi aşağı düşür, özünəqapanma baş verir. Bu isə istər-istəməz onun ətrafdakı insanlarla münasibət qurmasına, gələcəklə bağlı planlarına mənfi təsir göstərir”- deyə, psixoloq sonda fikirlərini yekunlaşdırıb.
Ülkər ABDURAHMANLI