Azərbaycanlı kişi oğlan sevgilisinə qovuşmaq üçün quldurluq edib həbsxanaya düşdü
    • 27-07-2018, 11:54
    • 1 248

Azərbaycanlı kişi oğlan sevgilisinə qovuşmaq üçün quldurluq edib həbsxanaya düşdü

Bakıda baş vermiş cinayət işinin qəribə səbəbi aşkarlanıb.

News24.az -ın xəbərinə görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Abşeronda aptek satıcısını şüşə parçası ilə hədələyib kassadakı 60 manat pulu quldurluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən Əliağa Abdullayevin cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Elan olunmuş ittiham üzrə Ə.Abdullayev özünü təqsirli bildiyini deyib. O, belə ifadə verib: "Həbsdə yaxın tanışım, yəni "oğlan sevgilim" var idi. Ona söz verdim ki, mən də yanına gələcəm. Buna görə də cinayət törətdim".

Ə.Abdullayev hadisə zamanı aptek satıcısından apardığı 60 manat pulu zərərçəkmişə qaytardığını bildirib.

Zərərçəkmiş Elsevər Hüseynov dindirilən zaman ona dəymiş zərərin ödənildiyini, təqsirləndirilən şəxsdən şikayət və tələbinin olmadığını vurğulayıb.

Daxili İşlər Nazirliyinin yaydığı məlumata əsasən, bu il martın 15-də Abşeron rayon Polis idarəsinə Novxanı qəsəbəsi ərazisindəki apteklərdən birində quldurluq faktı barədə müraciət daxil olub. Polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla həmin gün saat 18 radələrində Ağcabədi rayon sakini Elsevər Hüseynovun əczaçı işlədiyi aptekə gəlmiş naməlum şəxsin şüşə parçası ilə onu hədələyib kassadakı 60 manat pulu quldurluq yolu ilə apardığı müəyyən edilib.

İlhamə