Hava dəyişəcək - Külək və yağış
    • 23-03-2019, 14:33
    • 769

Hava dəyişəcək - Külək və yağış

Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin səhər və axşam bəzi yerlərdə çiskinli yağış yağacağı, zəif duman olacağı ehtimalı var. Cənub-qərb küləyi axşama doğru  arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.Havanın temperaturu  gecə 5-7° isti, gündüz  9-12° isti, Bakıda gecə 5-7° isti, gündüz  10-12°  isti təşkil edəcək. Atmosfer  təzyiqi 757  mm civə sütunundan 762 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 55-60 % olacaq.

Hava dəyişəcək:

Martın 24-ü axşamdan 26-sı səhərədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi  15-20 m/s, arabir 23-28 m/s, 25-də yarımadanın bəzi yerlərində arabir 30 m/s. Fasilələrlə yağış yağacaq. Havanın temperaturu  6-8° isti olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti üstünlük təşkil edəcək. Lakin gündüz qərb rayonlarından başlayaraq yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 4-9° isti, gündüz 13-18° isti, dağlarda gecə 0-5° şaxta, gündüz  3-7° isti təşkil edəcək.