"Yalı çapkını"nın məşhur aktyorları eşq yaşamağa başladı - FOTO
    • 12-10-2023, 13:36
    • 315

"Yalı çapkını"nın məşhur aktyorları eşq yaşamağa başladı - FOTO

“Yalı Çapkını” serialında rol alan Beril Pozam ilə Ersin Arıcının dostluğu qısa zamanda sevgiyə çevrilib.

News24.az xəbər verir ki, bu barədə"Sondakika.com" məlumat yayıb.

Serialda Suna obrazını canlandıran Beril Pozam və Ersin Arıcı Abidin, bir müddətdir sevgilidir.

Sevgili olduqları xəbərləri paylaşılan cütlüyün Marmarisdə səmimi görüntüləri ortaya çıxıb.

Məşhur aktyorlar indiyədək sevgili iddialarına səssiz qalıblar.

Qeyd edək ki, gözəl aktrisa Beril Pozam “Ada Masalı” serialında tanış olduğu Erdem Kaynarca ilə eşq münasibəti yaşayıb, lakin son aylarda münasibətlərinə son qoyub.


Ülkər ABDURAHMANLI