Şahmatçımız dünya çempionatında BİRİNCİ OLDU
    • 12-10-2023, 22:38
    • 421

Şahmatçımız dünya çempionatında BİRİNCİ OLDU

Azərbaycan şahmatçısı Gövhər Beydullayeva İtaliyada gənclər arasında keçirilən dünya çempionatında birinci yeri tutub.

News24.az xəbər verir ki, o, rapid növündə 11 turdan sonra 9 xal toplayaraq bütün rəqiblərini qabaqlayıb.

Moqamed Muradlı 6.5 xalla 8-ci olub.

Dünya çempionatı blits növü üzrə yarışlarla davam edəcək.