Rusiya daha bir qonşusunu “düşmən” ELAN ETDİ
    • 13-10-2023, 01:35
    • 617

Rusiya daha bir qonşusunu “düşmən” ELAN ETDİ

Finlandiyanın Təhlükəsizlik və Kəşfiyyat Təşkilatı (SUPO) Ukrayna müharibəsi və Finlandiyanın NATO-ya üzv olması səbəbindən Rusiya ilə münasibətlərin ciddi şəkildə pisləşdiyini açıqlayıb.

News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, SUPO-nun “2023-cü il Milli Təhlükəsizlik hesabatı”nda Rusiyanın Finlandiyaya düşmən ölkə kimi baxdığına dair çoxlu əlamətlər olduğu bildirilir.

Hesabatda Finlandiyanın Sankt-Peterburqdakı konsulluğunun bağlanması qərarının da bu göstəricilərdən biri olduğu qeyd edilərkən, iki ölkə arasında münasibətlərin pisləşməsinə NATO üzvlüyünün təsir etdiyi vurğulanır.

SUPO-nun direktoru Antti Pelttari hesabatla bağlı keçirilən mətbuat konfransında deyib:

“Hazırda Rusiya diqqətini Ukraynadakı müharibəyə və beynəlxalq təcridini yumşaltmağa yönəldib, amma bu o demək deyil ki, Rusiya kəşfiyyatı və Finlandiyadakı təsir təhlükəsi aradan qalxıb”.

Pelttari Finlandiyanın NATO-ya üzv olması, Ukrayna müharibəsinin davam etməsi, Rusiya ilə Qərb ölkələri arasında fikir ayrılıqlarının dərinləşməsi və Moskvaya qarşı sanksiyaların artmasının Rusiyanın Finlandiyaya qarşı həyata keçirdiyi tədbirləri gücləndirə biləcəyini iddia edir.

Finlandiya aprelin 4-də NATO-ya üzv olub.