Bu ölkə Rusiyadakı konsulluğunu bağlayır
    • 28-07-2023, 16:54
    • 250

Bu ölkə Rusiyadakı konsulluğunu bağlayır

Finlandiya Xarici İşlər Nazirliyi sentyabrın 1-dən Sankt-Peterburqdakı Baş Konsulluğunda müştərilərə xidmətin dayandırılacağını açıqlayıb.

News24.az xəbər verir ki, müvafiq bəyanat Finlandiya Xarici İşlər Nazirliyinin saytında yerləşdirilib.

Bundan əlavə, Sankt-Peterburqdakı Finlandiya Viza Müraciət Mərkəzi avqustun 1-dən yaşayış icazəsi və viza üçün müraciətlərin qəbulunu dayandıracaq.

Rusiya Xarici İşlər Nazirliyi daha əvvəl elan etmişdi ki, Rusiya Finlandiya tərəfinin qarşıdurma addımları ilə əlaqədar oktyabrın 1-dən etibarən Finlandiyanın Sankt-Peterburqdakı Baş Konsulluğunun fəaliyyətinə verdiyi razılığı geri götürür.

Həmçinin Finlandiya səfirliyinin və konsulluğunun 9 əməkdaşı persona non-qrata elan edilib.

Aydan