-
- 13-10-2023, 10:48
- 261
Araik bu cür ələ keçirilib: Əməliyyatın detalları...
44 günlük müharibədə Gəncə və digər şəhərlərə raketlərin atılması və mülki insanların qətlə yetirilməsi əmrini verən separatçı Araik Arutyunyanın Qarabağada harada ələ keçirildiyinə dair yeni məlumatlar yayılıb.
News24.az Publika.az-a istinadən xəbər verir ki, erməni jurnalist Tatul Akopyan Arutyunyanın Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən konyak zavodunda həbs edildiyini iddia edir.
"Mən Arkadi Qukasyan və Bako Saakyanın necə həbs edildiyi ilə bağlı məlumatlar yaymışdım. David İşxanyan da onların yanında olub. Daha bir detalı qeyd etmək istəyirəm. Qukasyan, Saakyan və İxşanyan Rusiya sülhməramlılarının qərargahını tərk edərək, keçmiş (qondarma-red) "daxili işlər naziri" Karen Sarkisyanın Xankəndidəki evinə gediblər.
Azərbaycan DTX-si da onları məhz orada ələ keçirib. Araik Arutyunyan isə Xankəndidə səhmdarlarından biri olduğu konyak zavodunda həbs olunub. Əldə etdiyimiz məlumata görə, Araik konyak zavodunda gizlənirmiş. Azərbaycan DTX-sinin xüsusi təyinatlı qrupu Tumanyan (ermənilərin Xankəndi küçələrindən birinə bu adı vermişdi) küçəsində yerləşən zavodda əməliyyat keçirərək, onu həbs ediblər, daha sonra Bakıya aparıblar", - erməni jurnalist bildirir.