Əməkdar artist: “Bədənşəkilləndirmə? Etdirmərəm!” - VİDEO
    • 13-10-2023, 13:44
    • 1 312

Əməkdar artist: “Bədənşəkilləndirmə? Etdirmərəm!” - VİDEO

"Aşırı dərəcədə edilən bədənşəkilləndirmə əməliyyatlarına indi də çox pis baxıram. Bundan sonra da pis baxacağam. Yəni bu mövzuda fikrimi dəyişməyəcəyəm. Özüm bədənşəkilləndirmə əməliyyatını etdirmərəm. Paltarın altında qalan şeydir. Qəribədir, axı bədənimin nəyini şəkilləndirəcəyəm?" 

News24.az  Bizim.media-ya istinadla xəbər verir ki, bu sözləri Əməkdar artist Elnarə Abdullayeva qonaq olduğu "Rəngarəng səhər" verilişində deyib. 

Sənətçi qadın həmkarlarının etdirdiyi bədənşəkilləndirmə əməliyyatlarının başlarına qaxınc edib:

"Mən bədənşəkilləndirmə əməliyyatı keçirənlərə pis baxmıram. Amma əndazəni aşmamaq şərti ilə. Yəni normasında edəsən. Ağlım həmişə başımdadır və nə danışdığımı da bilirəm, danışdıqlarımı da unutmuram. Daha əvvəlki müsahibəmdə də demədim ki, bədənşəkilləndirmə əməliyyatını etmək olmaz.

Pis baxıram da deməmişəm. Söyləmişəm ki, insanlarda aşırı dəyişikliklər var. Amma bu sənət aləmində müəyyən gənc qızlar var ki, çox səliqəli şəkildə bədənlərinə əl gəzdiriblər. Onlar kənardan da çox gözəl görsənirlər. Mən onlara pis baxmıram". 

Qeyd edək ki, E.Abdullayeva bir müddət əvvəl göz qapaqlarında blefaroplastika əməliyyatı etdirib və göz ətrafındakı "qaz ayaqları" qırışlarından cərrahi müdaxilə ilə azad olub.