-
- 13-10-2023, 15:43
- 285
Putin sülh müqaviləsindən danışdı: - "Moskva hazırdır"
“Moskva İrəvanla Bakı arasında sülh müqaviləsi danışıqlarını təşkil etməyə hazırdır”.
News24.az xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin Bişkekdə MDB ölkələri liderlərinin görüşündə çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Qərb Rusiyanın müttəfiqləri və tərəfdaşları ilə sözün geniş mənasında dostluq münasibətlərini pozmağa çalışır.
“Son üç il ərzində Rusiya hərbi əməliyyatları dayandırmaq və eskalasiyanın qarşısını almaq üçün əhəmiyyətli səylər göstərib. Bizim köməyimizlə müvafiq üçtərəfli sənədlər hazırlanın. İlham Əliyev təsdiq edə bilər ki, Rusiya, Ermənistan və Azərbaycan bu müddət ərzində üçtərəfli formatda Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması üçün çox çalışıblar. Rusiya sülhməramlıları öz səlahiyyətləri çərçivəsində öz öhdəliklərini vicdanla yerinə yetirdilər”, o qeyd edib.
Putin deyib ki, hazırkı gündəm sülh müqaviləsi hazırlamaqdır.
“Və Rusiya şübhəsiz ki, bu prosesə hər cür yardım göstərməyə hazırdır. O cümlədən, Rusiya lazım gələrsə, ilkin olaraq Ermənistan və Azərbaycanın xarici işlər nazirlərinin göstərişi ilə Moskvada istənilən formatda danışıqlar təşkil etməyə hazırdır. Və təbii ki, biz bu danışıqların iki ölkə liderlərinin imzalayacağı sülh sazişi ilə başa çatmasına kömək edəcəyik. Yenə də deyirəm: seçim həmişə bu ölkələrin ixtiyarındadır. Biz bu iş üçün şərait yaratmağa hazırıq”, - deyə o bildirib.
Ayşən