-
- 17-11-2020, 16:10
- 728
“Qarabağ üzrə razılaşmaya əməl edilir” - Putin
“Rusiya bizə dost olan iki dövlət arasında gedən hərbi əməliyyatları dayandırmaq və onları güzəştli həllə təşviq etməyə yardımçı olmaq üçün aktiv səylər göstərib”.
News24.az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika (BRİCS) ölkələri sammitində çıxışında bildirib.
“Bizim vasitəçiliyimizin nəticəsində noyabrın 9-da atəşin tam dayandırılması və Dağlıq Qarabağda Rusiya sülhməramlılarının yerləşdirilməsi barədə razılığa gəlinib. Bütün bunlar Rusiya, Azərbaycan prezidentləri və Ermənistan baş nazirinin imzaladığı üçtərəfli bəyanatda qeyd olunub. Vacib olan odur ki, qeyd olunan razılıqlara riayət olunur. Hərbi əməliyyatlar tam dayandırılıb, vəziyyət sabitləşir. Beləliklə, böhranın uzunmüddətli və tam formatlı nizamlanması üçün həm Azərbaycan, həm də erməni xalqlarının maraqlarına uyğun olaraq ədalətli əsaslarla şərait yaradıldı”, - deyə Rusiya prezidenti vurğulayıb.