Şəhid və qazi övladları "Möcüzələr Şəhəri"ndə - Fotolar
    • 13-10-2023, 17:19
    • 745

Şəhid və qazi övladları "Möcüzələr Şəhəri"ndə - Fotolar

Bakı Dövlət Sirki yeni mövsümə "Möcüzələr Şəhəri" adlı Beynəlxalq Su Sirki proqramı ilə başlayır.

OLAY yazır ki, 26 noyabr tarixinə kimi davam edəcək proqram ilk olaraq 13 oktyabr tarixində valideyn himayəsindən məhrum, sağlamlıq imkanları məhdud, şəhid, qazi ailələrinin uşaqları üçün nümayiş olunub.

İlk dəfə olaraq ən çox gözlənilən Su Şousu sirkin səhnəsində 100 ton su illüziyası, 600 fontan simfoniyası ilə tamaşaçılar üçün təqdim olunub. Qeyd edək ki, sözü qedən proqram dünyanın ən innovativ və texnoloji həlləri ilə seçilir.