Tarakan tutmaq üçün evə kuryer ÇAĞIRDI
    • 13-10-2023, 17:40
    • 304

Tarakan tutmaq üçün evə kuryer ÇAĞIRDI

Sinqapurda bir qadın tarakanı tutmağa kömək etmək üçün evə kuryer çağırıb.

News24.az xəbər verir ki, bu barədə "Mothership" məlumat yayıb.

Belə ki, qadın gecə yuxudan oyananda qonaq otağında yerdə tarakan görüb. Həmin an mənzildə tək olan evdar qadın həşəratdan o qədər qorxub ki, çağırılmamış qonağı tutmaq üçün kuryer çağırıb.

Kuryer sifarişi qəbul edib və tələb olunan ünvana gəlib. 

Adam tarakanı tutmaq üçün salfetdən istifadə edib, hətta müştəriyə zibil atmağa da kömək edib. Bundan sonra qadın kuryer xidməti ilə əlaqə saxlayıb və göstərilən yardıma görə çatdırılma işçisinə təşəkkür etməyi xahiş edib. 

Aynurə