Plastik əməliyyat daha bir can aldı - FOTO
    • 13-10-2023, 21:30
    • 315

Plastik əməliyyat daha bir can aldı - FOTO

İrlandiyalı qadın İstanbulda yanaq və qol gərdirmə əməliyyatından 6 gün sonra vəfat edib.

News24.az Milli.Az-a istinadən xəbər verir ki, İstanbuldakı özəl xəstəxanalardan birində yanaq və qol gərdirmə əməliyyatı keçirən İrlandiya vətəndaşı Annetta Barbara Rohderin əməliyyatdan 6 gün sonra qaldığı oteldə halı pisləşib.

Rohder aparıldığı xəstəxanada edilən bütün müdaxilələrə baxmayaraq həyatını itirib. Hadisədən sonra əməliyyatı həyata keçirən həkim və xəstəxanaya qarşı istintaq başladılıb.