Polislər jurnalistlərə silahla hücum ETDİLƏR
    • 14-10-2023, 11:31
    • 61

Polislər jurnalistlərə silahla hücum ETDİLƏR

BBC müxbirləri Tel-Əvivdə İsrail polisi tərəfindən dayandırıldıqdan sonra silahlı hücuma məruz qalıblar.

News24.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Muhannad Tutunji, Haitham Abudiab və BBC komandası Tel-Əvivdə bir otelə gedərkən, avtomobil İsrail polisi tərəfindən saxlanılıb. Daha sonra maşından sürüklənərək çıxarılan jurnalistlər polis tərəfindən divara sıxışdırılıb.

Tutunji və Abudiab hadisə zamanı özlərini BBC müxbiri kimi təqdim etdiklərini və mətbuat kartlarını da polisə göstərdiklərini bildiriblər. Tutunji hadisəni lentə almağa çalışarkən silahlı hücumçu tərəfindən boynundan zərbə alıb.

BBC hadisə ilə bağlı şərh almaq üçün İsrail polisi ilə əlaqə saxlayıb. Lakin heç bir məlumat verilməyib.

Qeyd edək ki, jurnalistlər İsrail-Qəzza münaqişəsi ilə bağlı sərbəst məlumat verə bilməlidirlər.

Ülkər ABDURAHMANLI