Fələstinlilərlə İsrail polisi arasında toqquşma olub, 52 fələstinli yaralanıb
    • 17-05-2022, 15:15
    • 301

Fələstinlilərlə İsrail polisi arasında toqquşma olub, 52 fələstinli yaralanıb

Fələstinlilərlə İsrail polisi arasında toqquşma olub.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, aprelin 22-də İsrail polisi tərəfindən başından rezin güllə ilə vurulan və şənbə günü dünyasını dəyişən fələstinli Valid Şərifin dəfn mərasimində gərginlik yüksək olub. Dəfn mərasimindən sonra nümayişə çıxan fələstinlilərlə İsrail polisi arasında yenidən gərginlik yaşanıb.

23 yaşlı Valid Şərif aprelin 22-də İsrail polisi tərəfindən başından rezin güllə ilə vurulub. Şənbə günü aldığı yara səbəbindən dünyasını dəyişən Şərifin cənazəsi Əl-Əqsadan çıxarılıb. İsrail polisi Şərifin rezin güllədən deyil, polisə daş atarkən yıxılaraq öldüyünü iddia edib.

Şərifin dəfn mərasimində iştirak etmək üçün əraziyə yüzlərlə fələstinli gəlib. Dəfn mərasimindən sonra baş verən hadisələrə polisin reaksiyası sərt olub. Nümayişçilər ilə təhlükəsizlik qüvvələri arasında toqquşma baş verib. Etirazçılar daş atmaqla cavab verib, polis isə gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edib. Nümayişlərdə 52 fələstinlinin yaralandığı açıqlanıb. Bəzi nümayişçilərin polis tərəfindən döyüldüyü anlar kameralara düşüb. Bir çox fəal İsrail polisi tərəfindən saxlanılıb.