Azərbaycan Dövlət Neft Fondu sığortaçı seçir
    • 14-10-2023, 16:24
    • 504

Azərbaycan Dövlət Neft Fondu sığortaçı seçir

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) əməkdaşlar üçün könüllü tibbi sığorta xidməti üçün açıq tender elan edib.

News24.az  xəbər verir ki, tenderdə iştirak haqqı 250 manatdır.

İddiaçılar ilkin sənədləri noyabrın 3-ü, saat 10:00-a qədər, tender təklifi və onun dəyərinin 1 %-i qədər bank təminatını isə noyabrın 15-I, saat 18:00-a qədər ARDNF-nin Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 165 ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər.

Təkliflərə noyabrın 16-sı, saat 10:00-da qeyd olunan ünvanda baxılacaq.