İnfarktın qarşısını alan "ağıllı unitazlar" icad edilib
    • 25-03-2019, 14:57
    • 1 700

İnfarktın qarşısını alan "ağıllı unitazlar" icad edilib

Böyük Britaniyada "ağıllı unitazlar" istehsal olunub.

News24.az
"Slashgear"-a istinadən xəbər verir ki, unitazın yaradıcıları onun üstünlüklərindən danışıblar. 

"Ağıllı unitazlar" milyonlarla adamın həyatını xilas etmək bacarığına malikdir. Onun oturacağına xüsusi sensor ötürücüləri quraşdırılıb. Həmin sensorlar tualetdə oturan adamda ürək çatışmazlığı, yüksək qan təzyiqi və ürək döyüntüsünün sürətlənməsi kimi xəstəliklərin ilkin diaqnozunu qoyur.

Bundan başqa, "ağıllı unitazlar" infarkt və insultun qarşısını almağa yardımçı ola bilir. Üzərində oturan şəxs onu gözləyən bu xəstəlik əlamətləri barədə diaqnoz vasitəsilə qabaqcadan məlumatlana biləcək. 

"Ağıllı unitazlar"ın qiyməti 1500 (3385 AZN) funt sterlinqdir. Baha olduqları üçün sakinlər az pul xərcləyərək, ondan xəstəxanalarda istifadə edə biləcəklər.