Ən ağıllı futbolçuların adları açıqlandı
    • 15-10-2018, 19:00
    • 1 014

Ən ağıllı futbolçuların adları açıqlandı

Britaniya “The Sun” nəşri ən ağıllı futbolçuların adlarını açıqlayıb. 

Həmin materialda müxtəlif sahələrdə ali təhsilli və yüksək intellektual qabiliyyətə malik olan keçmiş və hazırkı bəzi futbolçuların adları qeyd edilib. 

12 nəfərlik siyahıda 2009-2013-cü illərdə Londonun “Arsenal” klubunun şərəfini qoruyan, hazırda Qazaxıstanın “Kayrat” klubunun formasını geyinən rusiyalı futbolçu Andrey Arşavinin də adı yer alıb.
 
Nəşrdə 37 yaşlı rusiyalı futbolçu haqqında bu sözlər yer alır:

“Əgər futbol olmasaydı, o həyatını moda ilə bağlayardı. Rusiyalı futbolçu Sankt-Peterburq Sənaye Texnologiyaları və Dizayn Dövlət Universitetini bitirib”. 

Arşavindən başqa, siyahıda Xuan MataSimon MinoleFrenk LempardCorco KelliniQlenn ConsonKlark KarlaylRomelu LukakuEdvin van der SarSokratesDankan Uotmor və Oliver Birxoffun adları var.

//Oxu.az