“Qarabağ məsələsi Ermənistan üçün bitdi" - Erməni politoloq
    • 16-10-2023, 13:44
    • 314

“Qarabağ məsələsi Ermənistan üçün bitdi" - Erməni politoloq

“Qarabağ məsələsi Ermənistan üçün qapalıdır”.

News24.az xəbər verir ki, bu sözləri erməni politoloq Suren Surenyants öz “Facebook” səhifəsində yazıb.

Surenyants Prezident İlham Əliyevin Xankəndidə Azərbaycan bayrağının ucaldılması zamanı çəkilmiş fotosunu dərc edib və bu sözləri yazıb: “Bu foto Qarabağ münaqişəsi səhifəsini bağlayan “artsax”ın sonudur. Heç kim xalqı aldatmağa çalışmasın ki, Qarabağın erməni səhifəsi hələ bağlanmayıb”.

Qeyd edək ki, oktyabrın 15-də Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Bayrağını Xankəndi şəhərində, Ağdərədə, Xocalıda, Əsgəranda və Sərsəng su anbarının ərazisində ucaldıb. Bu tarixi hadisə Ermənistanda böyük rezonans yaradıb.

Akqabay