UEFA-dan "Qarabağ"da bayram" paylaşımı
    • 20-09-2023, 22:10
    • 653

UEFA-dan "Qarabağ"da bayram" paylaşımı

Bu gün UEFA Avropa Liqasının İnstaqramdakı rəsmi səhifəsi “Qarabağ”la bağlı diqqətçəkən paylaşım edib.

News24.az Axar.az-a istimadən xəbər verir ki, səhifədə “Qarabağ”ın bir neçə futbolçusunun sevinən yerdə çəkilən şəkilləri paylaşılıb. Şəkillər ingilis dilində “fcqarabag celebrations” (“Qarabağ”da bayram) sözləri ilə paylaşılıb.

Qeyd edək ki, bu gün Azərbaycan xalqı üçün tarixi hadisə baş verib. “Qarabağ” Futbol Klubunun adını daşıyan bölgədəki erməni separatçıları məhz bu gün Azərbaycan dövlətinin tələbləri qarşısında təslim olublar. Həmin hadisədən bir neçə saat sonra isə UEFA Avropa Liqası səhifəsi bu paylaşımı edib.