Ad günü FACİƏ İLƏ BİTDİ - 3 ÖLÜ, 1 YARALI - FOTO
    • 16-10-2023, 18:18
    • 187

Ad günü FACİƏ İLƏ BİTDİ - 3 ÖLÜ, 1 YARALI - FOTO

Bursansanın İnegöl rayonunda yaşayan Eda Nur Baykay ötən axşam dostları Sıla Çelik , Adem Duran və Sinan Karakuş ilə 19 yaşını qeyd etmək üçün Bursa şəhər mərkəzindəki əyləncə məkanına gedib. Spirtli içki qəbul edən gənclər avtomobillə saat 01:00 radələrində İnegölə qayıtmaq üçün yola düşüb.

Lakin avtomobil  həddindən artıq sürətlə getdiyinə görə idarəetmədən çıxaraq 50 metr sürüşərək beton işıq dirəyinə çırpılıb. 

News24.az xəbər verir ki, bu barədə "TRT HABER" məlumat yayıb.

Qəzaya düşən avtomobildə olan Eda Nur Baykay, Sıla Çelik və Sinan Karakuş dünyasını dəyişərkən, ağır yaralanan sürücü Adem Duran isə Kestel Dövlət Xəstəxanasına aparılıb. 

Faktla bağlı aradırma aparılır.

Ülkər ABDURAHMANLI