Bakıda avtomobil işıq dirəyini yerindən qoparıb - FOTO

Bakıda avtomobil işıq dirəyini yerindən qoparıb - FOTO
SOSİAL

31-05-2019, 17:33

Mətn ölçüsü

Bakıda yol qəzası baş verib.

News 24.az 
"Report"a istinadla xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, yüksək sürətlə hərəkətdə olan "Toyota Land Cruiser" markalı minik avtomobili idarəetmədən çıxaraq işıq dirəyinə çırpılıb. 

Nəticədə işıq dirəyi yerindən qopub. Nəqliyyat vasitəsinə isə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Xatırladaq ki, bu il aprelin 12-də də oxşar baş vermişdi.