Abşeronda huşunu itirən sürücü avtomobili dirəyə çırpıb

Abşeronda huşunu itirən sürücü avtomobili dirəyə çırpıb Hadisə
Xırdalanda avtomobil qəzaya uğrayıb.

Qəza Xırdalan şəhərində Heydər Əliyev prospektində qeydə alınıb.
Belə ki, 1987-ci il təvəllüdlü Hüseynov Əfqan Hümbət oğlu idarə etdiyi “Ravon” markalı avtomobildə huşunu itirib.
İdarəetmədən çıxan maşın işıq dirəyinə çırpılıb. Sürücü ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. /APA/