-
- 16-10-2023, 19:55
- 469
Əlində qumbara abidənin üzərinə çıxdı ki...
Varşavada polis mərkəzi meydanda özünü partlatmaqla hədələyən şəxsi saxlayıb.
News24.az Lent.az-a istinadla bildirir ki, bu barədə Polşa polisinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, həmin şəxs Smolensk faciəsi qurbanlarının xatirəsinə ucaldılmış abidəyə dırmaşaraq özünü partlatmaqla hədələyib. Polis kişinin bunu etməməsi üçün onunla bir neçə saat danışıq aparmalı olub.
İndi hüquq-mühafizə orqanlarının əməkdaşları həmin şəxsin kimliyini və onun hərəkətinin motivlərini müəyyənləşdirirlər.