Özünü dənizə atan şəxs xilas edildi
    • 8-06-2022, 11:01
    • 281

Özünü dənizə atan şəxs xilas edildi

Bakıda özünü dənizə atan şəxs xilas olunub.

DİN-dən News24.az-a verilən məlumata görə, iyunun 7-də saat 17 radələrində Səbail rayonu ərazisindəki Dənizkənarı Milli parkda bir nəfər özünü dənizə atıb.

Ərazidə xidmət aparan polis əməkdaşlarının çevikliyi sayəsində həmin şəxs sudan çıxarılıb. Polis əməkdaşları tərəfindən onun Yevlax rayon sakini, şizofreniya xəstəliyindən əziyyət çəkən N.Əliyev olması müəyyən edilib.

Araşdırma aparılır.