-
- 17-10-2023, 00:35
- 7 990
Xaçaturyan Bakıdan qızına zəng edib bu sözləri dedi
Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçaturyan Bakıda keçirilən məhkəmədən bir gün öncə ailəsi ilə əlaqə saxlayıb.
News24.az globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə onun qızı Tsovinar Xaçaturyan məlumat yayıb.
“Məhkəmədən bir gün əvvəl Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəsilə atamla əlaqə saxladıq. O, narahat idi, bizdən indi harada olduğumuzu soruşdu və məhkəməsinin keçiriləcəyini dedi. Məhkəmədən sonra danışmamışıq”, – qızı bildirib.
Qeyd edək ki, Vaqif Xaçaturyanın növbəti məhkəməsi oktyabrın 17-də keçiriləcək.