“Diqlas”dakı yanğına 3 helikopter cəlb olundu
    • 26-03-2019, 11:59
    • 768

“Diqlas”dakı yanğına 3 helikopter cəlb olundu

Bakı şəhərinin Nizami rayonu ərazisində ticarət və digər təyinatlı obyektlərin yerləşdiyi ərazidə baş verən yanğının yayılmasının qarşısı alınıb. Bu barədə News24.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri, Mülki müdafiə qoşunlarının şəxsi heyəti və Aviasiya dəstəsinin 3 ədəd helikopteri tərəfindən yanğının söndürülməsi üçün tədbirlər davam edir. Əlavə məlumat veriləcək.