Hirkan Milli Parkındakı yanğına helikopter CƏLB OLUNDU - YENİLƏNİB - VİDEO
    • 20-08-2019, 18:50
    • 895

Hirkan Milli Parkındakı yanğına helikopter CƏLB OLUNDU - YENİLƏNİB - VİDEO

Hirkan Milli Parkında dağlıq zonada baş vermiş yanğının söndürülməsi məqsədilə əraziyə FHN-in Aviasiya dəstəsinin daha bir helikopteri cəlb olunub.

Bu barədə News24.az-a FHN-dən məlumat verilib.

*****
16:24

Hirkan Milli Parkında yanğının söndürülməsinə helikopter cəlb edilib. 

Avqust 20-də saat 14:00-da Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Hirkan Milli Parkının Lənkəran rayonunun Təngivan kəndi yaxınlığında dağlıq ərazidə yanğın olması barədə məlumat daxil olub. 

FHN-dən News4.az-a verilən məlumata görə, ilkin məlumata əsasən mürəkkəb relyefli dağlıq ərazidə 1,5 ha sahədə quru ot, kol-kos və seyrək ağaclıq yanır.

Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Aviasiya Dəstəsinin bir helikopteri, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri, Mülkü Müdafiə Qoşunlarının və Cənub Regional Mərkəzinin şəxsi heyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları və yerli sakinlər cəlb edilib.

Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir.