-
- 26-03-2019, 19:19
- 1 240
Bakıda ticarət mərkəzində baş verən yanğında 12 nəfər xəsarət alıb - YENİLƏNİB
Bakının Nizami rayonu, Qara Qarayev prospektinin 8-ci kilometr adlanan ərazisindəki “Diqlas” Ticarət Mərkəzində baş verən yanğında 12 nəfər xəsarət alıb. News24.az "Report"a istinadən xəbər verir ki, bu barədə Bakı şəhəri Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından məlumat verilib. Hadisə yerinə Nizami rayon 6 saylı Təcili Tibbi Yardım Stansiyasının, Xətai rayonu 7 saylı Təcili Tibbi Yardım Stansiyasının, Sabunçu rayonu 13 saylı Təcili Tibbi Yardım Stansiyasının bölmələri cəlb edilib.
Yanğın zamanı 5 nəfər tüstüdən boğulma ilə təcili yardıma müraciət edib: "Hadisə nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan 1-i xəstəxanaya yerləşdirilib. Hadisə zamanı həmçinin 1 polis əməkdaşı burun qanaxması ilə təcili yardıma müraciət edib. Yanğın zamanı habelə daha 2 nəfər də yanıq xəsarətləri alıb", - deyə rəsmi məlumatda bildirilir.
Qeyd edək ki, xəsarət alanların hamısı Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşlarıdır.
****13:40
""Diqlas" ticarət mərkəzində baş verən yanğın nəticəsində bir nəfər xəsarət alıb".
Bu barədə News24.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Əbubəkir məlumat verib. Onun sözlərinə görə xəsarət alan FHN-nin əməkdaşlarından biri əlini kəsib, xəstəxanaya çatdırılıb. 4 nəfər əməkdaş isə tüstüdən özünü pis hiss edib və onlara yerində tibbi yardım göstərilib. Bundan başqa, mağazası yanan iki nəfərin səhhətində problem yaranıb. Onlara da yerindəcə tibbi yardım göstərilib.
Şəlalə AĞAYEVA
***12:11
“Fövqəladə Hallar Nazriliyinin 2 əməkdaşına təcili tibbi yardım göstərilib, biri isə xəstəxanaya aparılıb”. News24.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Əbubəkirov deyib. Qurum rəsmisi bildirib ki, Bakının Nizami rayonu, Neftçilər metrosu yaxınlığında, 8-ci kilometr adlanan ərazidə yerləşən “Diqlas” Ticarət Mərkəzində baş verən yanğın zamanı tibbi yardım briqadaları iki vətəndaşa da yardım göstərib: “Yanğın səhər saatlarında baş verən zaman ticarət mərkəzində adam az olub, ona görə də xəsarət alan olmayıb. Əraziyə 6 təcili tibbi yardım briqadası cəlb olunub”