Messi tarixi rekorda imza ATDI
    • 18-10-2023, 11:36
    • 165

Messi tarixi rekorda imza ATDI

Argentina millisinin kapitanı Lionel Messi tarixi rekorda imza atıb.

News24.az  "report"a istinadən bildirir ki, ulduz futbolçu DÇ-2026-nın seçmə mərhələsində Peru ilə səfər oyununda dubl etməklə buna nail olub.

32 və 42-ci dəqiqələrdə fərqlənən 36 yaşlı hücumçu dünya çempionatlarının Cənubi Amerika zonası üzrə seçmə mərhələləri tarixinin bombardiri ünvanını ələ keçirib. O, qollarının sayını 31-ə çatdıraraq, uruqvaylı Luis Suaresi geridə qoyub. Suaresin hesabında 29 qol var.