Messi Argentina millisini tərk etdi - Qeyri-adi səbəb
    • 16-10-2023, 10:22
    • 499

Messi Argentina millisini tərk etdi - Qeyri-adi səbəb

Argentinanın ulduz hücumçusu Lionel Messi Analar Gününü qeyd etmək üçün milli komandadan ayrılıb. 

News24.az Fanat.Az-a istinadən xəbər verir ki, bu barədə “Legaceta” məlumat yayıb.

Forvard bayramı sevdikləri ilə birlikdə qeyd etmək üçün Rosario şəhərinə uçub. 

Messi özünü 2026-cı il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Peru millisi ilə keçiriləcək oyuna çatdırmalıdır. Görüş oktyabrın 17-də baş tutacaq.

Dünya çempionatının seçmə mərhələsinin əvvəlki oyununda “Albiseleste” doğma stadionunda Paraqvayı 1:0 hesabı ilə məğlub edib. Yeganə qolu Nikolas Otamendi vurub.