Messi dünya çempionu olmaqla ard-arda 4 REKORD QIRDI
    • 19-12-2022, 10:29
    • 2 237

Messi dünya çempionu olmaqla ard-arda 4 REKORD QIRDI

Qətərdə keçirilən dünya çempionatının final mərhələsində Fransanı məğlub edərək dünya kubokunu qazanan Argentinanın ulduz futbolçusu Lionel Messi kariyerasının əskik olan son detalını tamamlayıb. 

News24.az xəbər verir ki, dünya kubokunu da qazanmağı bacaran argentinalı ulduz Qətərdə bir çox rekordlar qırıb.

Ən çox qol atan futbolçu

Belə ki, dünya çempionatı tarixində Argentina millisi ilə 13-cü qolunu vuran Lionel Messi əfsanəvi argentinalı futbolçu Qabriel Batistutanı və Braziliyanın əfsanəsi Peleni geridə qoyub. Argentinalı ulduz dünya çempionatı tarixinin bombardiri olub.

5 fərqli dünya çempionatında məhsuldar ötürmə etdi

2006, 2010, 2014, 2018 və 2022-ci il dünya çempionatlarında meydana çıxan Lionel Messi 5 dəfə mundialda iştirak etmiş azsaylı futbolçulardan biridir. 35 yaşlı futbolçu 5 müxtəlif kubokda assist edən ilk futbolçu olub. Messi Qətərdə keçirilən dünya çempionatında 3 məhsuldar ötürmə edib.

Dünya çempionatında oynama rekordu

Lionel Messi 26 oyunla mundialda ən çox oyun keçirən futbolçu olub. Argentinalı ulduz dünya çempionatında 2314 dəqiqə oyanamaqla italiyalı müdafiəçi Paolo Maldininin 2217 dəqiqəlik redkordunu qırıb.

Turnirin hər mərhələsində qol vurdu

Qətərdə tarix yazan Lionel Messi dünya çempionatının hər mərhələsində qol vuran ilk futbolçu olub. 35 yaşlı futbolçu qrup mərhələsi, 1/8 final, 1/4, yarım və final matçlarında qol vurmağı bacarıb. /Haberler.com/