-
- 18-10-2023, 11:55
- 265
"İmpiçment məsələsi utancverici bir siyasi sirkdir"
"İmpiçment məsələsi utancverici bir siyasi sirkdir, hansı ki, pərdə arxasında qorxmuş rejissor İvanişvili tərəfindən yaradılıb və bunun məqsədi Gürcüstanın Avropa gələcəyini sabotaj etməkdir".
News24.az yerli mətbuata istinadən xəbər verir ki, bu sözləri "Vahid Milli Hərəkat" partiyasının deputatı Tina Bokuçava prezidentin impiçment məsələsinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, namizəd statusunun verilməsi ilə bağlı qərara bir neçə həftə qaldığı halda, impiçment məsələsini ortaya atmağın əsas məqsədi Gürcüstanı bu tarixi fürsətdən, namizəd ölkə statusundan növbəti dəfə məhrum etməkdir.
“İmpiçment məsələsi utancverici bir siyasi sirkdir, hansı ki, pərdə arxasında qorxmuş rejissor İvanişvili tərəfindən yaradılıb və bunun məqsədi Gürcüstanın Avropa gələcəyini sabotaj etməkdir. Namizəd statusu ilə bağlı qərarın verilməsinə bir neçə həftə qaldığı bir vaxtda, impiçment adlanan siyasi sirkin əsas məqsədi Gürcüstanın bu tarixi fürsətinin əlindən alınmasıdır.
Bunu sizə Tbilisiyə gələn və bu parlamentdə mənimlə də görüşən Cozef Borrel dedi və çox aydın şəkildə izah etdi ki, Brüsseldə impiçment prosesi mənfi qarşılanır. Bu addım ölkəmizin Avropaya inteqrasiya prosesinə mane olur. Bu addım namizəd statusu məsələsi barədə qərara cəmi bir neçə həftə qalmış, İvanişvilinin təşkil etdiyi və sizin qul kimi itaətkarlıq göstərdiyiniz bu siyasi sirk Gürcüstanın bir daha sizə görə namizəd statusu ala bilməyəcəyinə xidmət edir”,-deyə Bokuçava vurğulayıb.
Məlumat üçün bildirək ki, hakim partiya bu gündən etibarən Parlamentdə prezident Salome Zurabişvilinin impiçmenti ilə bağlı müzakirələrə başlayacaq. Bazar ertəsi Konstitusiya Məhkəməsi prezident Salome Zurabişvilinin hökumət tərəfindən Avropaya icazəsiz səfərlər etməklə ölkə konstitusiyasını pozduğunu müəyyən edib. Plenumun 9 hakimindən altısı bu qərarı dəstəkləyib.
Aynurə