-
- 15-09-2023, 13:47
- 182
Zarabişvilinin impiçmenti: müxalifət kimi dəstəkləyir?
Gürcüstanın ən böyük müxalifət partiyası olan Vahid Milli Hərəkat ölkə prezidenti Salome Zarabişvilinin impiçmenti ilə bağlı parlamentdə keçiriləcək səsvermədə iştirak etməyəcəyini açıqlayıb.
News24.az xəbər verir ki, partiya impiçment prosesini “diqqəti əsas məsələlərdən yayındırmaq cəhdi” adlandırıb.
Bundan əvvəl Gürcüstanın hakim partiyası “Gürcü Arzusu-Demokratik Gürcüstan” Zurabişvilinin impiçmenti üçün toplanmış imzaları Konstitusiya Məhkəməsinə təqdim edib. Hakim partiyanın sədri İrakli Kobaxidze, eləcə də buna səlahiyyəti olan 4 deputat impiçment təklifi ilə çıxış ediblər.
Xatırladaq ki, son vaxtlar ölkə hakimiyyəti ilə prezident arasında ziddiyyətlər daha da dərinləşib. Onlar, əsasən, Rusiya məsələsində dövlətin mövqeyinə, habelə prezidentin xarici səfərlərinə istinad edir ki, bu səfərlər hökumətin fikrincə, onların qanuni icazəsi olmadan həyata keçirilir və bu səfərlər zamanı Gürcüstan prezidenti müxalifətə xas nitqdən istifadə edir.
Akqabay