İmpiçment prosesində iştirak edən şahidlərin İFADƏLƏRİ YAYIMLANACAQ
    • 4-11-2019, 09:22
    • 754

İmpiçment prosesində iştirak edən şahidlərin İFADƏLƏRİ YAYIMLANACAQ

Demokratların prezident Donald Trampa qarşı keçirdikləri impiçment prosesinin bir hissəsi olan şahid ifadələrinin stenoqramının yaxın 5 gün ərzində yayımlanacağı ehtimal olunur.

News24.az "CBS"-ə istinadən xəbər verir ki, bunu ABŞ Konqresinin Nümayəndələr Palatasının kəşfiyyat üzrə xüsusi komitəsinin üzvü, demokrat Ceki Spier deyib: "Hamısının bir gündə yayımlanacağını bilmirəm. Ancaq, Amerika xalqına çox şey söyləyəcəklər".

Xüsusi komitənin üzvü olan konqresmen Cim Hayms impiçment məhkəməsinin ictimai mərhələsinin yaxın iki-üç həftə ərzində başlaya biləcəyini söyləyib.