İsraildən vətəndaşlarına xəbərdarlıq: Türkiyəni tez TƏRK EDİN
    • 18-10-2023, 13:06
    • 158

İsraildən vətəndaşlarına xəbərdarlıq: Türkiyəni tez TƏRK EDİN

İsrail Təhlükəsizlik Şurası Türkiyə üçün təhlükəsizlik xəbərdarlığı edərək ölkədəki bütün israillilərdən Türkiyəni tez bir zamanda tərk etmələrini istəyib.

News24.az xəbər verir ki, bu barədə “Ntv haber” məlumat yayıb.

İsrail ordusunun Qəzzada xəstəxananı vurmasından sonra İsrail-Fələstin münaqişəsi daha da alovlanıb. 

Qeyd edək ki, eyni zamanda bölgədəki israilli turistlərə diqqətli olmalarını tövsiyə edilib. 

Ülkər Abdurahmanlı