-
- 16-10-2023, 11:26
- 367
İsraildən Baydenə SƏRT CAVAB
ABŞ prezidenti Co Bayden Qəzzada gərginləşən İsrail-Fələstin münaqişəsi ilə bağlı İsrailə xəbərdarlıq edib.
News24.az xəbər verir ki, bu barədə “Sondakika.com” məlumat yayıb.
“Qəzza zolağında baş verənlər HƏMAS ekstremist hərəkatı ilə bağlıdır. O, bütün Fələstin xalqını təmsil etmir. "İsrailin Qəzzanı işğal etməsi böyük səhv olar ”.
İsrailin BMT-dəki səfiri Gilad Erdan da ABŞ prezidenti Co Baydenin xəbərdarlığına cavab verib.
Gilad Erdan Qəzzanı işğal etmək niyyətində olmadıqlarını deyib.
Onun sözlərinə görə, HƏMAS-ın aradan qaldırılması üçün lazım olan hər şey ediləcək.
Ülkər ABDURAHMANLI